Vüqar Bayramov: “Xəzər dənizinin hüquqi statusunun həlli mərhələli şəkildə həyata keçirilməlidir”
"Xəzər dənizinin hüquqi statusu məsələsi hələ də həllini tapmayıb". Bunu SİA-ya açıqlamasında Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Xəzərin statusunun həll olunması ilə bağlı Xəzəryanı dövlətlərin rəsmiləri razılığa gəlməyin tərəfdarıdırlar: "Ancaq, Xəzər dənizinin hüquqi statusunun razılaşdırılması zaman tələb edir. Eyni zamanda, Xəzər dənizinin hüquqi statusunun razılaşdırılması ilə bağlı işlər görülür, müzakirələr aparılır. Xəzər dənizinin hüquqi statusunun həll olunmaması bir sıra neft yataqlarının bölüşdürülməsində problemlər yaradır".
Vüqar Bayramov qeyd edib ki, Xəzər dənizinin hüquqi statusu məsələsini həlli mərhələli şəkildə həyata keçirilməlidir: "Xəzər dənizinin hüquqi statusu məsələsinin həll olunmaması Xəzəryanı ölkələrin inteqrasiyasına mənfi təsir göstərmir. Belə ki, Xəzərdə yerləşən neftin, qazın dünya bazarına və Avropa bazarına çıxarılması üçün hüquqi status məsələsinin aiddiyatı yoxdur.
İqtisadçı onu da vurğulayıb ki, Xəzər Starteji İnstitutu tərəfindən keçirilən 3-cü "Xəzər forumu"nda Azərbaycanın təmsil olunması mühüm əhəmiyyət kəsb edir". Xəzər 3-cü forumunda əsas məqsəd Xəzəryanı ölkələrin inteqrasiyası gücləndirməsi, Xəzərin qlobal arenası və Xəzər dənizi vasitəsilə bir sıra ölkələrinə çıxışın olması kimi məsələlər müzakirə olunub. Nəzərə alsaq ki, artıq bu forum öz fəaliyyətini genişləndirib buna görə də bu formu "Xəzər Davosu" da adlandırmaq olar. Bu forum imkan verir ki, Xəzəryanı ölkələr öz maraqlarını müzakirə edib ortaq məxrəcə gələ bilsinlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB