"Türkiyə Azərbaycanla enerji sahəsindəki əməkdaşlığı gücləndirməlidir"
"Yaxın illərdə Türkiyədə qaza tələbat 50-52 milyard kubmetrədək artacaq. Hazırda Türkiyə əhalisinin 83 faizi qazdan istifadə edir, 2015-ci ilə bütün ölkə ərazisi qazlaşdırılacaq". SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız İstanbulda keçirilən III Xəzər Forumunda çıxışı zamanı deyib.
Türkiyəli nazir onu da vurğulayıb ki, Azərbaycan və Türkiyə enerji sahəsində əməkdaşlığı gücləndirməlidirlər, çünki Avropada təbii resurslara olan tələbatın artması şəraitində bu tərəfdaşlığın əhəmiyyəti yalnız artacaq.
Onun sözlərinə görə, Trans-Anadolu (TANAP) və Trans-Adriatik boru kəməri (TAP) layihələrinin həyata keçirilməsi ilə təbii qazın Xəzər hövzəsindən Avropaya çatdırılması üzrə çox önəmli halqa formalaşır: "Hazırda Avropada təbii qaza olan tələbat ildə 500-520 milyard kubmetr qaz təşkil edir, 2030-cu ilə bu rəqəmin 700 milyard kubmetrədək artması gözlənilir ki, bu da Türkmənistan, İran və İraqın töhfə verə biləcəyi Cənub Qaz Dəhlizinin əhəmiyyətini artırır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB