Rixard Şents: "Azərbaycan bizim üçün Qafqazda ən əsas tərəfdaş mövqeyindədir"

Rixard Şents: "Azərbaycan bizim üçün Qafqazda ən əsas tərəfdaş mövqeyindədir"

"Azərbaycan bizim üçün Qafqazda ən əsas tərəfdaş mövqeyindədir". SİA-nın xəbərinə görə, Avstriya Federal İqtisadiyyat Palatasının vitse-prezidenti Rixard Şents jurnalistlərə açıqlamasında belə deyib.

O bildirib ki, Avstriya ilə Azərbaycan arasında iqtisadiyyatın bir sıra sahələrində güclü əməkdaşlıq mövcuddur: "Azərbaycanda fəaliyyət göstərən Avstriya şirkətləri Azərbaycanın inkişafına dəstək verir. 2011-ci ildə Avstriya prezidentinin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında Anlaşma Memorandumu imzalanıb. Bu sənədə əsasən ölkələr arasında əməkdaşlıq sürətlə inkişaf etdirilib. Biz Azərbaycanda əsasən tikinti materiallarına sərmayə qoyur, tikinti texnologiyaları, mühəndislik texnologiyaları sahələrinə investisiya yatırırıq. Həmçinin xəstəxanaların tikintisi və idarə olunmasında, eləcə də kommunikasiya sistemləri sahəsində fəaliyyət göstəririk".

Bütün xəbərlər Facebook səhifəmizdə