Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Türkiyə Respublikasının Azərbaycandakı səfiri cənab Alper Coşqunla görüşüb. SİA-ya verilən məlumata görə, görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın mövcud vəziyyətinin və gələcək istiqamətlərinin müzakirəsi olub.
Görüş çərçivəsində nazir Heydər Əsədov Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında aqrar sahədə mövcud əlaqələr barədə danışıb, bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Nazir aqrar sahədə Türkiyə təcrübəsinə çox önəm verdiyini nəzərə çatdırıb və bu məqsədlə türk iş adamlarını Azərbaycana dəvət edib.
Nazir Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa TİKA-nın daha yaxından cəlb olunmasını, kənd təsərrüfatı sahəsinə dövlət dəstəyi mexanizmlərinin tətbiqi üzrə Türkiyə təcrübəsinin öyrənilməsi sahəsində əməkdaşlıq və təcrübə mübadiləsini, elmi-tədqiqat işlərinin nəticələrinin kənd təsərrüfatı məhsullarının istehsalına tətbiqi və ümumilikdə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat infrastrukurunun təşkili sahəsində əməkdaşlığı, fermerlərin təşkilatlanması və kənd təsərrüfatı istehsalçıları birliklərinin yaradılması sahəsində təcrübə mübadiləsini, kənd təsərrüfatı istehsalçılarına kreditlərinin verilməsi sahəsində təcrübə mübadiləsini, kənd təsərrüfatı heyvanlarının müasir tələblərə cavab verən kəsim qaydalarının tətbiqinin və heyvan kəsimi üçün mütərəqqi infrastrukturun yaradılması sahəsində təcrübə mübadiləsinin aparılmasını təklif edib.
Səfir Alper Coşqun səmimi qəbula görə öz minnətdarlığını bildirərək, hər iki ölkə arasında aqrar sahədə əməkdaşlığım daha da inkişafı üçün öz səylərinin əsirgəməyəcəyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB