TASİM layihəsinə daxil olan operatorlar Anlaşma Memorandumu imzalayıb

TASİM layihəsinə daxil olan operatorlar Anlaşma Memorandumu imzalayıb

"Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsinə daxil olan Çin, Qazaxıstan, Rusiya və Türkiyə mobil operatorlarının, həmçinin Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyalarının Beynəlxalq Əlaqələr və Hesablama Mərkəzinin rəhbər şəxslərinin iştirakı ilə Anlaşma Memorandumu imzalanıb. SİA-nın xəbərinə görə, memorandum "TASİM" layihəsinin gələcək konturlarını müəyyən edərək, bu layihədə iştirakçı operatorların vəzifə və səlahiyyətləri, maliyyə öhdəlikləri və hüquqi statuslarını əks etdirib.

İmzalanmadan sonra layihəyə daxil olan operator rəhbərlərini təbrik edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib ki, bu xəttin çəkilməsi nəticəsində həm Cənubi Qafqaz, həm də Avrasiya regionunda rəqəmsal uçurumun aradan qaldırılması yeni elm tutumlu iş yerlərinin yaradılması, yüksək internet tələb edən xidmətlərin artmasına ciddi təkan verəcək: "Memoranduma əsasən yaxın zamanda operatorlar TASİM xəttinin inşası və istismarı üzrə də ayrıca müqavilə imzalanacaq. Layihə vacib regional təşəbbüsdür və onun məqsədi Qərbi Avropadan Cənub-Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xətlərin çəkilməsidir".

İmzalanma mərasimindən sonra, layihəyə daxil olan operatorlara TASİM üzrə 4-cü seminar keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə