RRB-yə daxil olan ölkələrin rabitə administrasiya başçılarının görüşü keçirilib
Bu gün "Bakutel-2013" 19-cu Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları üzrə sərgi-konfransı çərçivəsində Regional Rabitə Birliyinə (RRB) daxil olan ölkələrin rabitə adminstrasiya başçılarının görüşü keçirilib. SİA xəbər verir ki, tədbirdə istehsalçı şirkətlər internetə genişzolaqlı simsiz çıxış avadanlıqları istehsalının təşkili və onların əsas fəaliyyətləri barədə məlumat dinlənilib.
İclasda çıxış edən Rusiya rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov iclasda tezlik zolaqlarını hazırkı və gələcək istifadəsi məsələlərinin, RRB və digər beynəlxalq təşkilatlar, həmçinin qonşu dövlətlərlə əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsi məsələsinin müzakirə olunacağını deyib.
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov isə bildirib ki, İKT iqtisadi inkişafdan başqa, müasir insanın həyatına da böyük təsir edib: "Bu gün qəbul edəcəyimiz qərarlar işgüzar görüşlərin daha səmərəli keçirilməsinə, İKT-nin inkişafına xidmət edəcək".
Qeyd edək ki, iclasda RRB-nin tamhüquqlu üzvləri olan Azərbaycanın, Belarusiyanın, Qazaxıstanın, Qırğızıstanın, Rusiyanın, Tacikistanın, Özbəkistanın, Ukraynanın və RRB-nin müşahidəçi üzvləri- Layviya, Litvanın və Sloveniyanın rabitə administrasiyalarının başçıları və nümayəndələri iştirak edib.
Müzakirələrlə davam edən iclas radiotezlik zolaqlarının effektiv və perspektiv istifadəsinin aktuallığını və vacibliyini təsdiqləyən yekun sənəd qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB