Nazir: "Rəqəmsal televiziyadan istifadə edən əhalinin göstəricisi 100% olacaq"
"Bu gün Azərbaycan əhalisinin 96%-dən çoxu rəqəmsal televiziyadan istifadə edir. Lakin bizim planımız ilin sonuna kimi bu rəqəmi 100%-ə çatdırmaqdır". SİA xəbər verir ki, jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov belə deyib.
Nazirin sözlərinə görə, bu sahənin inkişafı üçün özəl sektora böyük ehtiyac var: "Özəl sektor televiziya bazarında yeni xidmətlərə başlamalıdır. Artıq Abşeron rayonunda 90%-dən çox özəl pullu rəqəmsal televiziya xidmətləri göstərilir. Bu xidmətlər Gəncə, Naxçıvan, Lənkəran və Mingəçevir şəhərlərində daha geniş yayılıb. Yeni xidmətlər ondan ibarətdir ki, rəqəmsal televiziyanın biznesi ilə məşğul olan şirkətlər rəqəmsal televiziya texnologiyası vasitəsi ilə internet, telefon-rabitə xidmətlərini həyata keçirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB