Ərəb dünyasında iqtisadi azadlıq reytinqinə görə ilk üç ölkə…

"Arabian Business"in yaydığı məlumata görə, İordaniya ərəb dünyasında iqtisadi azadlıq reytinqinə görə ilk üç ölkə sırasına daxildir. Reytinqdə ilk iki yerin sahibi isə müvafiq olaraq Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndir.

Bu ölkələr müstəqil "Frazer" institutunun (Kanada) Yaxın Şərq və Şimali Afrika ölkələrində iqtisadi azadlıq reytinqinə başçılıq ediblər.

Hər üç ölkə iqtisadi azadlığa görə 8 və daha yüksək - ən yüksək bal alıblar. Daha çox inkişaf etmiş digər ərəb ölkələri arasında Küveyt iqtisadi azadlığa görə 7,8 bal alıb. Oman və Qətər 7,8 balla reytinqdə 6-cı, Səudiyyə Ərəbistanı 7,4 balla 8-ci yeri tutublar.

Ərəb dünyasında iqtisadi azadlıq dövlət hakimiyyətinin miqyası, büdcə xərcləri, azad sahibkarlığın səviyyəsi, ticarət-iqtisadi hüquqlar və mülkiyyət hüququnun müdafiə olunması, maliyyə resurslarından istifadə, beynəlxalq ticarət azadlığı, kredit sisteminə, əmək və biznesə tənzimləyici və qanunverici dəstəyin səviyyəsi meyarlarına görə qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə