Bakıya Titan robot gətiriləcək

Bakıda keçiriləcək "Bakutel" sərgisinə ilk dəfə olaraq Titan Robotu gətiriləcək. SİA-nın məlumatına görə, bu barədə "İteca Kaspian" şirkətinin layihə rəhbəri Rəna Abutalıbova sərgi ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Titan robotu dünyada tədbirlərdə, kinolarda və fərqli-fərqli yerlərdə çəkilib: "Belə ki, dekabrın 2-5 dekabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək "Bakutel-2013"sərgisində Titan Robotun möhtəşəm çıxışı gözlənilir. Bu çıxışı görmək istəyənlər bu sərgiyə dəvət olunur".

Qeyd edək ki, Bakutel sərgisi Rabitə və İnformasiya Texnologiyaları Naziriliyinin dəstəyi, "İteca Kaspian" şirkətinin təşkilatçılığı ilə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə