Şimal bölgəsində payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir
Azərbaycanın enerji müəssisələrində payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "Xaçmaz Regional Elektrik Şəbəkəsi"nin əhatə etdiyi rayonlarda da bu istiqamətdə məqsədyönlü tədbirlər əvvəlcədən tərtib olunan qrafik əsasında həyata keçirilir.
Belə ki, cari ilin son üç ayı ərzində 10 və 6 kV-lik "Kollec", "Tüləkaran", "Atuc", "Zizik" və digər hava xətlərində (HX) müxtəlif təyinatlı təmir işləri aparılıb, o cümlədən həmin xətlərin 11 kilometrə yaxını tamamilə yenilənib, 19,3 km-ə yaxın hissəsi isə təmir edilib. Eyni zamanda balans mənsubiyyətinə aid olan 0,4 kV-lik xətlərin isə 8 kilometrə yaxın hissəsi təmir edilib. Bütün bunlarla yanaşı 40-a yaxın dayaq yenisi ilə əvəzlənib, 10, 6 və 0,4 kV-lik xətlər üzrə 5,6 km məsafədə budama işləri, 9 km məsafədə naqillərin taramlanması, 40 dayağın düzləndirilməsi və s. istismar işləri də aparılıb və işlərin icrası davam etdirilir. Təmir işləri EŞ-in xidməti ərazisində olan transformator və komplekt transformator məntəqələrində də aparılıb. Belə ki, sözügedən dövrdə iki transformator daha güclüsü ilə əvəzlənib. Eyni zamanda 20 KTM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilib, müxtəlif gücdə 5 transformator da təmir edilərək abonentlərin istifadəsinə verilib. Quba rayonunun paylayıcı şəbəkələrinin enerji təchizatı 890 km-ə yaxın 10 və 6 kV-lik, 1500 km-dən artıq 0,4 kV-lik EVX və ümumi gücü 210 MVA-ya yaxın olan 1160-a yaxın transformator vasitəsilə həyata keçirilir.
Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin oktyabr ayında müəssisənin xidməti ərazisində 12,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 1.3 milyon kilovatsaata yaxın çoxdur. Ümumi ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 17 faizdən çox artıbıb. O cümlədən, ötən ilin müvafiq dövrü ilə müqayisədə daimi əhali istehlakçı qrupu üzrə istehlak 463 min kilovatsaat artıb, ödənişdə mütləq artım isə 20 faizə yaxın olub.
Həmçinin cari ilin oktyabr ayında daimi əhali istehlakçı qrupu üzrə istehlak 7,4 milyon kilovatsaatdan artıq olub.
Cari ilin 10 ayı ərzində müəssisə üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 milyon kilovatsaatdan çox artaraq 111,5 milyon kilovatsaatdan artıq olub. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə ödəniş 13 faizdən çox mütləq artıb. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 milyon kilovatsaata yaxın azalaraq 61,6 milyon kilovatsaata yaxın olub. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 13 faizə yaxın artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB