Azərbaycanda təbii qaz təchizatında məhdudiyyətlər var

Azərbaycanda təbii qaz təchizatında məhdudiyyətlər var

Azərbaycanın bir sıra rayonlarında təbii qaz təchizatında məhdudiyyətlər var. "Azəriqaz" İstehsalat Birliyindən SİA-ya verilən məlumata görə, ölkədə aparılan təmir işləri ilə əlaqədar saat 09:00-dan 18:00-dək İmişli rayonuna və Saatlı rayonunun bir hissəsinə, saat 10:00-dan 18:00-dək Ağstafa şəhəri daxil olmaqla rayonun bir hissəsinə, saat 11:00-dan 12:00-dək Qaradağ rayonunun Lökbatan qəsəbəsinə, saat 11:00-dan 15:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 13:00-dan 14:00-dək Qazax rayonunun bir hissəsinə, saat 14:00-dan 15:00-dək isə Binəqədi rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə