SKMF Tovuz rayonunda investisiya layihələrinin qəbuluna başlayır
Sahibkarlığa Kömək Milli Fondu Tovuz rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır. İqtisadiyyat və Sənaye Nazirliyindən SİA-ya verilən məlumata görə, Fond tərəfindən Tovuz rayonu üzrə sahibkarlıq subyektlərindən müasir çörək zavodunun, kiçik və ya orta həcmli çörək istehsalı müəssisələrinin yaradılması, kiçik və ya orta həcmli üzümçülük, kartofçuluq və cins heyvandarlıq təsərrüfatlarının yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB