İCARDA-nın Himayədarlar Şurasının 53-cü toplantısı keçiriləcək

İCARDA-nın Himayədarlar Şurasının 53-cü toplantısı keçiriləcək

30 noyabr-4 dekabr tarixlərində paytaxt Bakıda İCARDA-nın (Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz) Himayədarlar Şurasının 53-cü toplantısı keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya verilən məlumata görə, toplantıda İCARDA Himayədarlar Şurasının üzvləri, Proqram rəhbərləri, Mərkəzi və Cənubi Qafqaz ölkələrinin milli kənd təsərrüfatı tədqiqatı sisteminin rəhbərləri və onları müşayiət edən şəxslər olmaqla dünyanın 30-a qədər ölkəsindən 70 nəfərə yaxın şəxs iştirak edir.

Toplantıda İCARDA-nın dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi tədqiqat proqramlarının nəticələri, xüsusilə kənd təsərrüfatı tədqiqatlarında beynəlxalq əməkdaşlığın vəziyyəti, iqlim dəyişkənliyinin kənd təsərrüfatına və ərzaq təhlükəsizliyinə təsiri, kənd təsərrüfatı siyasəti və beynəlxalq bazarlar, biomüxtəliflik və inteqrəedilmiş gen idarəçiliyi, heyvandarlıq, balıqçılıq, ekosistemin qorunması və s. sahələrdə icra etdiyi proqramların nəticələri, habelə növbəti illər üçün İCARDA-nın tədqiqat və investisiya planları müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə