AGBI indeksi 0,16% enib, ACBDI indeksi 0,01% yüksəlib

AGBI indeksi 0,16% enib, ACBDI indeksi 0,01% yüksəlib

Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,16% azalaraq noyabr ayının 26-na 94,92 təşkil edib.

SİA-nın məlumatına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,01% yüksəlib və 99,97 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 107,09-a bərabər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə