Bu gün "Bakı Biznes Mərkəzi"ndə Amerika Birləşmiş Ştatlarının(ABŞ) Türkiyə Respublikasında fəaliyyət göstərən şirkətlərinin Azərbaycana ticarət missiyası çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-ABŞ Biznes Forumu keçirilib. SİA xəbər verir ki, biznes foruma rəsmi şəxslərlə yanaşı, ABŞ-ın Türkiyədə energetika, kimya, alternativ enerji, İKT, logistika və xidmət sahəsində fəaliyyət göstərən şirkətlərinin nümayəndələri, ümumilikdə isə Azərbaycan və ABŞ tərəfdən 70-ə yaxın iş adamı qatılıb.
Forumda çıxış edən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycan-ABŞ əlaqələrinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığını, iki ölkənin iş adamları arasında əlaqələrin genişləndirilməsində biznes forum və işgüzar görüşlərin əhəmiyyətini vurğulayıb. Rəsmi Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində qazanılan iqtisadi uğurlar, ölkədə yaradılan əlverişli biznes və investisiya mühiti, həyata keçirilən iri layihələr barədə məlumat verib: "Bu əməkdaşlığı daha da genişləndirmək üçün bu cür tədbirlərin keçirilməsi əhəmiyyətlidir. Biz istəyirik ki, kənd təsərrüfatı, yeyinti, kimya sənayesi, tullantıların emalı sahəsində ABŞ iş adamları Azərbaycanda sərmayə qoysunlar".
ABŞ-ın Türkiyədəki Səfirliyinin ticarət məsələləri üzrə müşaviri Maykl Lalli ABŞ ilə Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin ABŞ-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini, iqtisadi əlaqələrin inkişaf istiqamətlərini diqqətə çatdırıb.
AZPROMO-nun nümayəndəsi Azər Hüseynov Azərbaycanın investisiya mühiti və biznes imkanları haqqında təqdimatla çıxış edib. Tədbir iştirakçılarına Sumqayıt Kimya Sənaye Parkı və Balaxanı Eko Sənaye parkı barədə məlumat verilib.
Sonra ABŞ şirkətlərinin təqdimatları dinlənilib, iş adamları arasında ikitərəfli görüşlər keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB