Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastmas məmulatların istehsalı müəssisələri tərəfindən 218,8 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə kimya sənayesində 18,4%, əczaçılıq məhsullarının istehsalında 15,8% artım, rezin və plastmas məmulatların istehsalında isə 4,8% azalma müşahidə olunub.
Əsas kimya məhsullarından izopropil spirtinin istehsalı 77,2%, polietilen istehsalı 13,8% və lak-boya məmulatlarının istehsalı 27,2%, propilen istehsalı isə 0,9% artıb. Rezin və plastmas məmulatlarından polimer örtüklərin istehsalı 24,3%, məsaməli poliuretan lövhələrin istehsalı 9,3% və polietilen boruların istehsalı 6,6% artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB