"Azəryolservis" ilin sonuna kimi bir çox layihələri təhvil verəcək
"Nəqliyyat Nazirliyi "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti cari ilin sonuna kimi bir çox layihələri təhvil verəcək". Bu fikirləri SİA-ya açıqlamasında "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, ilin sonuna kimi Zabrat-Pirşağı yolunun yenidən qurulması işi yekunlaşmalıdır: "Çalışırıq ki, Bakı dairəvi 2-ni də ilin sonuna kimi təhvil verək. Bununla yanaşı, Rusiya yolunda xeyli işlər görülür".
"Azəryolservis" ASC-nin sədri onu da qeyd edib ki, ilin sonu üçün istismara verilməsi nəzərdə tutulan növbəti layihə Gəncə-Yevlax –Yevlax-Gəncə dairəvi yoludur: "Gələn il üçün isə Ziya Bünyadov küçəsində inşa olunan yol ötürücüsünün açılışı planlaşdırılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB