Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları artıb

Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları artıb

"Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 1,134 mlrd. manat təşkil edib". Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,8% çoxdur.

Bu ilin 10 ayında gömrük orqanlarının xətti ilə 243,956 mln. manatı gömrük rüsumları, 807,784 mln. manatı ƏDV, 68,032 mln. manatı aksizlər və 14,654 mln. manatı yol vergisi üzrə toplanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə