Ağstafa-Poylu-Gürcüstan avtomobil yolu yenidən qurulur FOTO
Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun yenidən qurulması işləri gedir. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən məlumat verilib. Məlumata görə, Agstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 59km-dir.
26km-i asfalt-beton, 33km-i isə çınqıl örtük təşkil edən 3-cü texniki dərəcəli yol uzun müddət istismarda olduğundan yol geyimində dağılmalar və çökmələr baş vermiş, yol avadanlıqları, süni qurğular yarasız vəziyyətə düşmüşdür. 2 texniki dərəcəyə uyğun yenidən qurulması nəzərdə tulalan yol boyu artıq süni qurğuların tikintisi, torpaq işləri və 56km məsafədə asfalt-beton örtüyünün döşənməsi işləri başa çatdırılmışdır. Hazırda beton küveytlərin tikintisi, çiyin hissələrinin yolun səviyyəsinə qaldırılması, yol nişanlarının qoyulması və qalan ərazidə asfalt-beton işləri gedir. Yolun yaxın vaxtlarda istismara verilməsi gözlənilir.
Qeyd edək ki, sözügedən yol Qazax və Ağstafa rayonlarını kənd və yaşayış məntəqələri, eləcə də Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu ilə əlaqələndirəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB