İqtisadiyyat və sənaye naziri Gədəbəydə vətəndaşları qəbul edəcək
Noyabrın 23-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Gədəbəy rayon Mədəniyyət evində (Ünvan: Gədəbəy şəhəri, H.Əliyev prospekti, 2) təşkil olunacaq
Qəbula gəlmək istəyən vətəndaşlar Nazirliyin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin Gəncə-Qazax regional bölməsi (Ünvan: Gəncə şəhəri, Heydər Əliyev Meydanı, İnzibati bina, əlaqələndirici şəxs Arzu Hacıyev, əlaqə telefonu: (050) 395 91 97, (022) 256 02 32, elektron poçt ünvanı: [email protected] ) vasitəsilə müraciət edə bilərlər. Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB