Hesablama Palatasının sədrliyinə Vüqar Gülməmmədovun namizədliyi irəli sürülüb

Hesablama Palatasının sədrliyinə Vüqar Gülməmmədovun namizədliyi irəli sürülüb

Vüqar Gülməmmədov Hesablama Palatasının sədri vəzifəsinə namizəd kimi irəli sürülüb. SİA-nın məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin bugünkü iclasında müzakirə aparılıb.

İclasda çıxış edən komitə sədri Ziyad Səmədzadə tədbir iştirakçılarına Vüqar Gülməmmədov haqqında ətraflı məlumat verərək bildirib ki, o, 20 ildən çoxdur ki, maliyyə sistemində çalışıb: "Vüqar Gülməmmədov uzun illərdir ki, Hesablama Palatasında şöbəs rəisi vəzifəsində çalışır".

Komitə sədri onu da əlavə edib ki, son illərdə Hesablama Palatası fəaliyyətində çox böyük dəyişiklər qeydə alınır. Orada professional mütəxəssislər çalışıb".

İclasda çıxış edən millət vəkilləri Vüqar Gülməmmədovun Hesablama Palatasına yeni sədr təyin olunması təklifini yüksək qiymətləndiriblər.

Məlumat üçün bildirək ki, yeni sədrin namizədliyi müzakirələrin sonunda qəbul edilib.

Qeyd edək ki, Vüqar Gülməmmədov Hesablama Palatası Aparatının Xarici investisiyalı və infrastruktur layihələrinə nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə