Hüseyqulu Bağırov: "Daş karxanaların fəaliyyəti ilə bağlı ciddi problemlər var"

Hüseyqulu Bağırov: "Daş karxanaların fəaliyyəti ilə bağlı ciddi problemlər var"

"Daş karxanaların fəaliyyəti ilə bağlı ciddi problemlər və maliyyə mənbələri ilə bağlı suallar var. Onların fəaliyyəti hansısa formada bərpa olunmalıdır". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib. O bildirib ki, hazırda Azərbaycanda daş karxanalarının bərpa olunması ilə bağlı yeni bir layihə mövcuddur: "Bu layihəyə əsasən, Maliyyə Nazirliyi hesab edir ki, daş karxanalarının bərpa olunması karyer sahiblərinin öz hesabına həyata keçirilməlidir. Amma bu çətin məsələdir".

Nazirin sözlərinə görə, hazırda yeni karyer sahiblərindən işə başlamadan öncə ərazisini bərpa etmək tələb olunur: "Daş karxanaları çox tarixi və ənənəvi fəaliyyət növüdür. Bakının 90%-i bu fəaliyyət nəticəsində. İndi isə karxanaların fəaliyyəti hansısa formada bərpa olunmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə