Rotterdam meri: "Azərbaycandan Rotterdama ildə 2 mln. ton neft gətirilir"

Rotterdam meri: "Azərbaycandan Rotterdama ildə 2 mln. ton neft gətirilir"

"Niderland Krallığı Azərbaycanla neft ixracını artırmaq niyyətindədir". SİA-nın məlumatına görə, bu sözləri Niderland Krallığının Rotterdam şəhərinin meri Əhməd Əbutalib jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, Rotterdam limanı vaxtı ilə dünyanın ən böyük limanı olub, indi isə Qərbi Avropada ən böyük və ən geniş limandır.

Onun sözlərinə görə, bu qapıdan neft və qaz məhsulları ilə bərabər, ərzaq məhsulları, müxtəlif meyvə-tərəvəzlər də idxal etmək mümkündür: "Hazırda Azərbaycandan Roterdama ildə 2 mln. ton neft gətirilir ki, bu da limana gətirilən neftin 2%-ni təşkil edir: "Düşünürəm ki, Bakı və Rotterdam limanları arasıında əməkdaşlıq bir o qədər də geniş deyil və bura gəlişimizin məqsədlərindən biri də bu iki şəhərin limanları arasında əməkdaşlığı genişləndirməkdir".

Mer həmçinin vurğulayıb ki, Niderland Azərbaycanla bundan başqa neft və qaz sahəsindən kənarda olan sahələr üzrə əməkdaşlıq imkanları nəzərdən keçirir ki, bura su təsərrüfatının idarə olunması, kənd təsərrüfatı sahəsi və tələbələrin mübadiləsi və digərləri daxildir: "Su və su təsərrüfatı sahəsində böyük və dəyərli təcrübələrimiz var. Rotterdam şəhəri dəniz kənarında yerləşir və şəhərin böyük bir qismi dəniz sahəsindən 6 metr aşağıdadır. Düşünürəm ki, bu sahədə təcrübəmizlə Azərbaycana öz köməyimizi edə bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə