"Xəzəryanı 5 ölkənin brokanerləri bir yerə yığılsa, təkcə mnemiopsislərin vurduğu ziyanı vura bilməz"
"Xəzər dənizindəki mnemiopsislər zooplanktonun (dənizdəki xırda balıqların yediyi xırda onurğasız heyvanlar) həcminin 90 faizini yediyi üçün burada kilkələrin və eyni zamanda kilkələrlə qidalanan nərə cinsli balıqların və suitilərin sayının azalması çox mürəkkəb və ağır problemdir". SİA xəbər verir ki, bu barədə ekologiya və təbii naziri Hüseynqulu Bağırov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, mnemiopsislər Rusiyanın gəmiləri vasitəsilə əvvəl Karib dənizindən Qara dənizinə gətiriblər, indi isə Qara dənizdən Xəzər dənizinə keçiriliblər: "Xəzər dənizi də qapalı hövzə olduğu üçün təkamül prosesində onun düşməni yoxdur. Mnemiopsislərin dənizdə çox sürətlə yayılır. Xəzəryanı 5 ölkənin brokanerlərini bir yerə yığılsa, təkcə mnemiopsislərin vurduğu ziyanı vura bilməz. Lakin bir tərəfdən də təbiətin özünün özünü qoruma mexanizmləri var. Düşünürəm ki, təbiətin özünün müdafiəsi nəticəsində vəziyyət getdikcə sabitləşəcək. Çünki Qara və Azov dənizində belə bir çox ağır problem var idi. Sonra tədricən onun qarşısını təbiət özü ala bildi. 5 ölkəni birləşdirən Xəzərin su bio-resursları Komissiyası məsələ üzərində işləyir. Ayrı-ayrı sahələr üzrə eksperimentlər aparılır".
Nazir bildirib ki, komissiya mnemiopsislərin düşməni olan başqa bir jele xarakterli canlının onun öhdəsindən gəlməsini yoxlayıb: "Həmin canlını da Xəzər dənizi üçün yad olması müəyyən təhlükə yaradır. Bu canlı mnemiopsislər yeyib qurtarandan sonra başqa hansı canlıya keçəcəyi böyük suallar yaradır. Ona görə də nazirlik narahatdır ki, onu gətirsək hər hansı bir yeni çirklənməyə səbəb ola bilərmi?!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB