ARDNŞ: "Azərbaycanda benzinin qiymətində artım olacaq"

ARDNŞ: "Azərbaycanda benzinin qiymətində artım olacaq"

"Hazırda Dövlət Neft Şirkəti ölkənin benzinə olan tələbatını gərginliklə ödəyir". SİA xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) emal üzrə vitse-prezidenti David Məmmədov belə deyib.

Onun sözlərinə görə, cari ildə Azərbaycanda 1 milyon 200 min minik avtomobili istifadədir ki, onlar da ildə 450-460 milyon ton benzin istehlak edir: "Növbəti illərdə ölkədə olan minik avtomobillərinin sayı benzin istehsalının həcmini üstələsə, Azərbaycan xarici ölkələrdən benzin idxal etməli olacaq. Nəticədə isə ölkə benzinin qiymətində artım müşahidə olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə