ARDNŞ-in yeni zavodu 2025-ci ilə kimi tam istifadəyə veriləcək
"Yeni Qaradağ Neft və Qaz Emalı Zavodu 2023-2025-ci ilə kimi tam istifadəyə veriləcək". SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) emal üzrə vitse-prezidenti David Məmmədov bildirib.
Onun sözlərinə görə, zavodda neft, qaz, neft kimya, neft emalı və neft enerji mərkəzi fəaliyyət göstərəcək: "Neft Qaz və Kimya Kompleksində "Avro-5-6" standartlarına uyğun yanacağın istehsalı nəzərdə tutulur. 2023-25-ci ilədək Azərbaycanda "Avro-3" standartına uyğun yanacaq istehsal olunacaq".
Hazırda ARDNŞ-in mövcud zavodlarında iqtisadi cəhətdən sərfəli ancaq "Avro-3" səviyyəsində yanacağın istehsalının təşkil olunduğunu deyən David Məmmədov qeyd edib ki, "Avro-5" standartının tətbiqini həyata keçirəcək yeni texnologiyaların alınması üçün vəsait lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB