“Şəfa” stadionunun qarşısında tikinti işləri davam edir FOTO

“Şəfa” stadionunun qarşısında tikinti işləri davam edir FOTO

H.Əliyev prospekti ilə Müzəffər Nərimanov və 5-ci Köndələn küçələrinin kəsişməsində, "Şəfa" stadionunun qarşısında avtomobil tuneli və yeraltı piyada keçdin tikintisi davam etdirilir. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən SİA-ya verilən məlumata görə, layihə üzrə tunelin uzunluğu 940 metr, eni isə 16metrdir.

4 hərəkət zolağından ibarət olacaq tunelin hazırda istinad divarlarının naxışlı beton piltələrlə üzlənməsi, qapalı boyunun üst hissəsində tirlərin döşənməsi və yan yollara bardür düzələrək asfalt-beton örtüyünün salınmasına hazırlıq işləri gedir.

Sözügedən ərazidə tikintisi həyata keçirilən piyada keçidinin uzunluğu 105 m, eni 16 m, hündürlüyü isə 3 m nəzərdə tutulub. 4 giriş-çıxışı olacaq keçiddə eskalatorların quraşdırılması və bəzək işləri aparılır. Ümumilikdə layihənin 2014-cü ildə başa çatdırılması planlaşdırılır.

Məlumat üçün bildirək ki, tunel istifadəyə verildikdən sonra M.Nərimanov küçəsi ilə hərəkət edən avtomobillər şəhər istiqamətinə, 5-ci köndələn küçəsinə və hava limanına maneəsiz gedə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə