"Nizami rayonu ərazisində tikilməkdə olan 217 saylı yarımstansiyada son tamamlama işləri gedir". Bu barədə SİA-ya açıqlamasında "Bakıelektrikşəbəkə"nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
Onun sözlərinə görə, tamamilə yeni inşa olunan 35/6 kv-luq yarımstansiya 2x25 MVA gücündədir: "Qapalı tipli bu yarımstansiya xarici görünüşü ilə şəhərin arxitekturasına uyğun şəkildə tikilib. Yarımstansiyada paylayıcı qurğular, eleqaz və vakuum tipli avadanlıqlar, elektron rele mühafizə sistemi, təhlükəsizlik avadanlıqları üçün ayrıca bölmələr, həmçinin işçilər üçün yardımçı otaqlar var. 35 kv-luq dairəvi sxemin tərkib hissəsi olan bu yarımstansiya da Mərkəzi Dispetçer Xidməti olan SCADA-ya qoşulacaq. Yarımstansiyanın qidalandırılması məqsədilə 35 kv-luq kabel xətti çəkilib. Hal-hazırda yarımstansiyanın binası tikilib, avadanlıqlar quraşdırılmış, rele və avotmatika mühafizə sxemləri yığılır. Yarımstansiyada tamamilə yerli istehsal olan avadanlıqlardan istifadə olunur".
Rəsmi qeyd edib ki, Heydər Əliyev prospekti boyunca tikilən yeni obyektlərin, səhiyyə müəssisələrinin və məişət abonentlərinin daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunmaları üçün tikilən bu yarımstansiyada son texnoloji avadanlıqlardan istifadə edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB