Bu ilin yanvar-oktyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə təmin olunan vergi daxilolmalarının həcmi 5 768 165,6 min manat təşkil edib. Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən SİA-ya verilən məlumata görə, bu məbləğin 39,3%-i mənfəət vergisi, 24%-i əlavə dəyər vergisi, 11,7%-i fiziki şəxslərin gəlir vergisi, 7,4%-i aksizlər, 17,6%-i isə digər vergilərin payına düşüb.
Qeyri-neft sektoru üzrə büdcəyə 3 088 887,6 min manat vəsait daxil olub. Yanvar-oktyabr aylarında ölkə üzrə 59 837 vergi ödəyicisi, o cümlədən elektron qaydada 29 777 (49,8%) vergi ödəyicisi qeydiyyata alınıb.
Bu ilin noyabrın 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 529 313 təşkil edib ki, bu da ötən ilin analoji dövrünə nisbətən 12,1% çoxdur. Bu ilin yanvar-oktyabr aylarında ölkə üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,4% təşkil edib.
Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB