Rusiyanın "Vedomosti" qəzeti MDB ölkələrinin 10-u arasında orta əməkhaqqı məbləğlərinin müqayisəsini hazırlayıb. SİA-nın məlumatına görə, sıralamada Azərbaycan Rusiya, Qazaxıstan və Belarusiyadan sonra gələrək, 4 cü yerdə qərarlaşıb. Qeyd edək ki, müqayisə olunan dövlətlərin pul vahidləri Azərbycan manatının dəyərindən aşağıdır. Belə ki, 1000 rus rublu 24 manata bərabərdir.
Sıralamanı təqdim edirik:
Rusiya - 30 228,7 rubl, Qazaxıstan - 23 837 rubl, Belarus - 20 119,9 rubl, Azərbaycan - 17 713 rubl, Gürcüstan - 15 825 rubl, Ukrayna – 13 681 rubl, Ermənistan - 12 634 rubl, Moldova - 10 404 rubl, Qırğızıstan – 7 777 rubl, Tacikistan - 4864,73 rubldur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB