Sənaye sahələrində 28 milyard manatlıq məhsul istehsal olunub
Ölkənin sənaye sahələrində 2013-cü ilin yanvar-oktyabr aylarında 28 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, sənayenin qeyri-neft sahələrində 2 faizlik, neft sektorunda isə 1 faizlik artım müşahidə olunub. İstehsalın dörddə üç hissəsi mədənçıxarma, 19,9 faizi emal, 5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib. On ay ərzində 36,1 milyon ton neft, 14,6 milyard kub metr əmtəəlik təbii qaz hasil edilib. Qeyri-neft bölməsinin məhsullarından qida, içki, dəri və dəri məmulatlarının, ayaqqabıların, poliqrafiya, kimya, əczaçılıq, tikinti materiallarının, metallurgiya, maşın və avadanlıqların, elektrik avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında daha çox artım əldə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB