"İtaliya Azərbaycanın qeyri-neft sektoruna 65,6 milyon dollar investisiya qoyub"

"İtaliya Azərbaycanın qeyri-neft sektoruna 65,6 milyon dollar investisiya qoyub"

"Son 10 ildə İtaliya tərəfindən Azərbaycanda əsas kapitala 47,9 milyon dollar sərmayə qoyulub". SİA xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində İtaliya tərəfindən Azərbaycanın qeyri-neft sektoruna birbaşa 65,6 milyon dollar investisiya qoyulub: "İtaliya Azərbaycanın ən böyük biznes tərəfdaşıdır. Belə ki, 2012-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 5,8 milyard dollar, bu ilin yanvar-sentyabr ayları üzrə isə 4,6 milyard dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10%-dən çoxdur".

İndiyədək iki ölkə arasında müxtəlif əməkdaşlıq sahələri üzrə ümumilikdə 30 sənədin imzalandığını deyən nazir müavini qeyd edib ki, hazırda Azərbaycanda 45 İtaliya şirkəti fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə