"Əhalinin işlətdiyi qazın həcminə görə, ödənişlər göstəricisində artım müşahidə olunur". Bu barədə SİA-ya açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri Araz Ağayev məlumat verib.
Onun sözlərinə görə, oktyabr ayında borc yığımı 100%-dən çox olub: "Ötən ay yığım 104% təşkil edib. Eyni zamanda debitor borcların ödənilməsi istiqamətində də irəliləyiş əldə olunub. Belə ki, ilin əvvəli ilə müqayisədə debitor borclar təxminən 14% azalıb. Bu da ötən ilin payız-qış mövsümündə istehlak olunan təbii qazın borcunun cari ilin yaz aylarından başlayaraq ödənilməsi ilə əlaqədardır".
Rəsmi "Azəriqaz" İstehsalat Birliyinin abonentlərinin sayını da açıqlayıb: "Noyabr ayına olan statistikaya görə, qurumun 1 milyon 603 min abonenti var. Bundan 803 mini smartkart tipli sayğaclardan, digər abonentlər isə mexaniki sayğaclardan istifadə edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB