Ceyhan limanından 2,4 milyon ton neft dünya bazarlarına çıxarılıb
Cari ilin oktyabr ayı ərzində 2 milyon 414 min 780 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. (Bu həcmin 1 milyon 639 min 991 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanvar-oktyabr aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılan neftin həcmi 24 milyon 357 min 746 ton olub.
Qeyd edək ki, BTC istismara verilən gündən 2013-ci il noyabr ayının 1-ə qədər Ceyhan limanından 228 milyon 024 min 400 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB