İraqın təbii qazı TANAP vasitəsilə nəql olunacaq

İraqın təbii qazı TANAP vasitəsilə nəql olunacaq

Türkiyə və İraqın şimalı arasında neft və təbii qaz nəqlinə dair razılıq əldə olunub.

Türkiyə mətbuatının Röyters agentliyinə istinadla verdiyi xəbərə görə, anlaşma memorandumunun imzalanmasından sonra Türkiyə enerji və təbii ehtiyatlar nazirinin müavini Metin Kilci bildirmişdir ki, İraqın şimalından çəkiləcək təbii qaz xətti Türkiyə və Azərbaycanın birgə reallaşdırdığı Trans-Adriatik təbii qaz kəmərinə (TANAP) birləşdiriləcək.

Onun sözlərinə görə, İraqdan Türkiyəyə ilk mərhələdə İldə 10 milyard kubmetr mavi yanacaq gələcək. İraq təbii qazının nəqlinə 2017-ci ilin əvvəlində başlanması planlaşdırılır.

M.Kilci əlavə edib ki, Ankara yaxın zamanlarda TANAP layihəsində payının artırılmasını da planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə