"Noyabrın 4-dən etibarən Dövlət Baytarlıq Xidməti tərəfindən quş qripi xəstəliyi ilə əlaqədar cari ilin növbəti monitorinqinə start verilib". Xidmətin mətbuat xidmtinin rəhbəri Yolçu Xanvəli SİA-ya açıqlamsında bildirib ki, monitorinqi həyata keçirən nəzarət qrupu tərəfindən Abşeron Milli Parkında, Şabranda "Dostluq" quşçuluq təsərrüfatında, Şirvan Milli Parkında, Ağgöl gölünün ətrafında köçəri quşların məskunlaşdığı ərazilərdən seçmə üsulla quşlar ovlanaraq nümunələr götürülüb.
Onun sözlərinə görə, sabah nəzarət qrupu Lənkəranda yerləşən Qızılağac qoruğunda olacaq: "Növbəti həftədən başlayaraq ölkənin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarda saxlanılan ev quşlarından götürülən qan və patoloji materiallar müayinə üçün laboratoriyaya təqdim ediləcək. Həm çöl, həm də ev quşlarına aid əldə olunan nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və ictimaiyyət üçün nəticələr noyabrın 15-də açıqlanacaq".
Rəsmi qeyd edib ki, 4 günün nəticələrinə əsasən götürülən nümunələrdə ictimaiyyəti narahat edəcək hallara rast gəlinməyib: "Nümunələr arasında xəstə və xəstəlikdən tələf olan quşlar yoxdur. Ölkəmizdə quş qripi ilə bağlı vəziyyət normaldır. Yaz miqrasiya dövründə Dövlət Baytarlıq Xidmətinin əməkdaşları 4 dəfə monitorinq aparıb. Bu monitorinqlərdə də qeyd olunan virusa rast gəlinməyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB