Səlim Müslümov Qax rayonunda vətəndaşları qəbul edəcək

Səlim Müslümov Qax rayonunda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri (ƏƏSMN) Səlim Müslümov noyabrın 15-də Qax rayonunda vətəndaşları qəbul edəcək. ƏƏSMN-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbulda Qax, Oğuz, Qəbələ, Şəki, Balakən və Zaqatala rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.

Nazirliyin fəaliyyət sahələrinə dair müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılacaq. Digər müraciətlərdə əksini tapan məsələlər aidiyyatı qurumlara göndərilmək üçün qeydiyyata alınacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə