"2014-cü ildə ARDNŞ qəza baş vermiş "Bulla-dəniz" yatağının yanında yeni quyu qazacaq". SİA-nın xəbərinə görə, bunu ARDNŞ-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yataqda blokun ehtiyatları nəzərə alınaraq, burada yeni platforma tikiləcək: "Yüksək nəticənin alındığı yeni blokun ehtiyatları 10 milyard kubmetr qaz həcmində qiymətləndirilir. Qəza nəticələri aradan qaldırıldıqdan sonra quyu indi istismara verilib. Quyunun sutkalıq debeti 1,2-1,3 milyon kubmetr qaz və 200 ton kondensat təşkil edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB