"Gürcüstandakı hökumət dəyişikliyi əməkdaşlığımızda fərq yaratmayacaq"
"Dövlət Neft Şirkəti (ARDNŞ) bundan sonra da Gürcüstanın yeni hökuməti ilə sıx əməkdaşlığa inanır". SİA xəbər verir ki, bunu ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev Gürcüstandakı hökumət dəyişikliyi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ARDNŞ beynəlxalq şirkətdir və işlərini də beynəlxalq qanunlara uyğun aparır: "Bizim gördüyümüz işlər və apardığımız layihələr qanunlarla tənzimlənir. Mən düşünmürəm ki, Gürcüstandakı hökumət dəyişikliyi bizim əməkdaşlığımızda fərq yaradacaq. Bizim Gürcüstanın yeni Baş naziri İrakli Qaribaşvili ilə əvvəllər çox sıx əlaqələrimiz olub. O, bir müddət SOCAR-ın Gürcüstanda həyata keçirdiyi böyük layihələrin dəstəkçisi olub. İnanırıq ki, bundan sonra da yeni hökumətin başçısı kimi İrakli Qaribaşvili ilə də əməkdaşlığımız sıx şəkildə davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB