“Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış”

“Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış”

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) və "IDEA"nın (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) dəstəyi ilə keçirilən "Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış" beynəlxalq konfransı öz işinə başlayıb. SİA-nın məlumatına görə, konfransda 250 nəfərlik nümayəndə iştirakı edir. Onlar arasında müxtəlif ölkələrin hökumət təşkilatları və neft-qaz şirkətlərinin nümayəndələri, habelə ekologiya sahəsində fəaliyyət göstərən alimlər və aparıcı mütəxəssislər də var. İştirakçılar neft sənayesində ətraf mühitin mühafizəsi üzrə ən yeni texnologiyaların tətbiqi və bu sahədə əldə olunan nailiyyətləri müzakirə edirlər. Həmçinin, beynəlxalq konfransda Neft-qaz sənayesinin inkişafı və atmosfer emissiyaları, ofşor (dəniz) neft-qaz əməliyyatlarının su hövzələrinə təsiri, Neft və neft məhsulları ilə çirklənmiş torpaqların reabilitasiyası və idarə olunması, Neft sənayesində yaranan tullantıların idarə olunmasına innovativ yanaşma, Neft-qaz əməliyyatlarında alternativ enerji və enerji səmərəliliyi kimi mövzular müzakirə olunacaq. Bundan başqa, konfrans çərçivəsində ARDNŞ-ın son illərdə həyata keçirtdiyi iri ekoloji layihələr, o cümlədən şamda yandırılan qazın azaldılması, yeni tullantı mərkəzinin yaradılması, gənclər arasında maarifləndirəmə və bu sahədə İDEA ilə sıx əməkdaşlığın qurulması barəsində iştirakçılara məlumat veriləcək.

Qeyd edək ki, "Iteca Caspian" MMC və "Practical Solutions Group" şirkəti konfransa təşkilati dəstək göstərirlər.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə