5 noyabr 2013-cü il tarixində "AtaTravel" MMC-nin dəstəyi ilə"Exceslior Hotel Baku" otelində "27 ildən sonra" əsərinin təqdimat mərasimi keçiriləcək. SİA-ya verilən məlumata görə, təqdimat mərasimində "27 ildən sonra" əsərinin müəllifi Cəlaləddin Qasımov, yazıçı-publisist Ehtiram İlham, Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti Elxan Zal Qaraxanlı və Əkbər Qoşalı iştirak edəcəklər.
Xocalı faciəsi ilə bağlı bədii ədəbiyyatda son illər bir neçə maraqlı əsərlər yazılmağa başlayıb. Bu əsərlərdən biri də istedadlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəlaləddinin "27 ildən sonra" əsəridir. Yazıçının bildirdiyinə görə bu kitabı yazmaqda məqsədi hər şeydən əvvəl millətimizin üzərindən bu qara ləkəni silmək və faciəni tarixin yaddaşına həkk etməkdən ibarət olub. Mənfur qonşularımız olan ermənilərin qansız əməllərini onların üzünə çırpmaq, baş verən faciənin miqyasını və detallarını göstərmək, gənc nəslə tariximizi dərindən öyrətmək, onları başımıza açılan oyunlardan agah etmək və bir daha düşmən hiyləsinə inanmamağa çağırış da bu kitaba yazılarkən qarşıya qoyulan məqsədlərdən olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB