SAM-da “Mədəni DNK və Strateji Etibarsızlıq” mövzusunda təqdimat keçirilib FOTO

SAM-da “Mədəni DNK və Strateji Etibarsızlıq” mövzusunda təqdimat keçirilib FOTO

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində ABŞ-ın Sain Luisdəki Vaşinqton Universitetinin professoru Ceyms Verçin (James Wertsch) "Mədəni DNK və Strateji Etibarsızlıq" və SAM-ın Baş elmi işçisi Rauf Qaragözovun "Cənubi Qafqazda narrativ müdaxilə strategiyası" mövzularda təqdimatlar və təqdimat mövzusu ətrafında müzakirələri baş tutub.

SAM-dan SİA-ya verilən məlumata görə, professor Ceyms Verç Sent Luisdəki Vaşinqton Universitetinin Beynəlxalq Münasibətlər üzrə prorektoru, həmin universitetinin McDonnel Beynəlxalq Elmlər Akademiyasının Direktoru, həmçinin Antropologiya departamentində, Rusiya araşdırmalar Mərkəzinin və Fəlsəfə, Nevrologiya və Psixologiya Proqramlarının üzvüdür. Onun araşdırma mövzuları Rusiyada, digər keçmiş sovet ölkələrində və ABŞ-da kollektiv yaddaş və kimlikdir.

Beynəlxalq münasibətlər nəzəriyyəsində dövlətlər arasında münasibətlər nəzərdən keçirilərkən dövlətlərin daha çox rasional hərəkət etdikləri iddia edilir. Ona görə uzun illər ərzində bu sahədə elmi nəzəri araşdırmalar və modellərin qurulması zamanı rasional seçim, oyun nəzəriyyəsi və formal modelləşdirmələrə əsas götürülüb. Lakin "iqtisadi davranış" sahəsində aparılan son tədqiqatlar müxtəlif aktorların heç də həmişə rasional hərəkət etmədiklərini göstərir. İqtisadiyyat sahəsində Nobel mükafatı alan Daniel Kahneman göstərir ki, aktorların davranışları bir çox məqamlarda şüur altına əsaslanan "tez qərarvermə"yə (fast thinking) əsasən baş verir. Bu zaman davranışlarda heç zaman rasionallıq olmur və bu heç də irrasionallıq deyildir. Bu cür hallar əsasən münasibətlər gərginləşəndə və böhranlar zamanı baş verir. Bu hallarda aktorların davranışları üçün əsas hərəkət verici qüvvə isə kollektiv yaddaş və kimlikdir. Qarabağ münaqişəsinin nizamlanması zamanı bu kollektiv yaddaş və kimlik məsələlərinin tərəflərin rasional qərar vermə prosesinə kimi təsir etdiyi məsələlərinə də toxunalacaq. Cənubi Qafqazın sürətli inkişafına burada yayılmış millətlərarası münaqişələr maneə yaradır. Bəzən "dondurulmuş"adlandırılan bu münaqişələr günlərin bir günü yenidən alovlanan fəlakətli müharibəyə çevrilir. Məlumdur ki, bunun əsas səbəblərindən biri, "savaşkar" etnik simvolların, tarixi miflərin və təsəvvürlərin ictimai şüurda manipulyasiya edilməsidir. Təəssüf doğuran odur ki, bu yaddaş və simvollar insanları sülh və barışa deyil, zorakı münaqişələrə cəlb etmək üçün səfərbər edilir. Bu baxımdan, tarixi narrativlərin və kollektiv yaddaşın konfiqurasiyasının dəyişdirilməsi uzun müddətli münaqişə yaşayan Cənubi Qafqaz regionunda sülh yaradıcılığına töhfə vermək baxımından alim və tədqiqatçıların araşdırmalarının ən perspektivli sahələrdəndir.

Bütün xəbərlər Facebook səhifəmizdə