Enerji itkisinin qarşısının alınması istiqamətində işlər görülür
"Xırdalan" Elektrik Şəbəkəsi Müəssisəsində enerji itkisinin qarşısının alınması istiqamətində zəruri tədbirlər həyata keçirilib. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, cari ilin son üç ayında müəssisənin ərazisindəki 10 kilovoltluq "Masazır Əsas", "Qazanxana", "Qobu" və digər hava xətlərində müəyyən dayaqlar arası naqil və həmin dayaqlardakı izolyatorlar dəyişdirilib. Eyni zamanda, 0,4 kilovoltluq şəbəkələrdə də müvafiq təmir işləri aparılıb.
Cari ilin 9 ayında aşkar edilmiş 1660-dan artıq qayda pozuntusuna görə 4 milyon 915,2 min kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin 294,9 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Həmin məbləğin 64 faizdən artıq hissəsinin ödənişi təmin edilib, qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB