Kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçiriləcək

Kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçiriləcək

Cari ilin 26-27 oktyabr tarixlərində Bakı şəhərinin 7 rayonunda 9 ünvanda ənənəvi olaraq kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyinin mtbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarmarkaya 400 tondan artıq kənd təsərrüfatı məhsulu çıxarılacaq. Qiymətlər bazar qiymətlərindən orta hesabla 20-30% aşağı olacaq və əsasən mövsümü məhsullar üstünlük təşkil edəcək.

Yarmarkalar aşağıdakı ünvanlarda təşkil olunacaq:

1. Binəqədi rayonunda Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə liseyinin həyəti

2. Xətai rayonunda "Bakı" kinoteatrının yanı

3. Nərimanov rayonunda Əliyar Əliyev küçəsi 26, "Bakı Taxıl" ASC-nin ərazisi

4. Nəsimi rayonunda "Təzə bazar"ın ərazisi, 3-cü mikrorayon, "Tovuz-Baltiya LTD"nin ərazisi

5. Səbail rayonunda Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı

6. Suraxanı rayonunda Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2, Yeni Günəşli qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanı

7. Yasamal rayonunda Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanında

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2006-cı ildən bu günə qədər 772 yarmarka keçirilib və ümumilikdə 163 427 ton məhsul satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə