Mərkəzi Bankda treninq keçirilib

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "PraysvoterhausKupers Azərbaycan" şirkəti ilə birlikdə banklar üçün "Maliyyə hesabatları və alətləri" mövzusunda növbəti treninq keçirilib. Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, treninqin keçirilməsində məqsəd maliyyə hesabatlarının hazırlanması üzrə bank mütəxəssislərinin zəruri bilik və kompetensiyalarının artırılması olub.

"PraysvoterhausKupers Azərbaycan" şirkətinin direktoru Elçin İbadov iştirakçılara beynəlxalq maliyyə hesabatları standartlarında baş vermiş son dəyişikliklər, maliyyə alətlərinin ölçülməsi üzrə qaydalar, pul vəsaitlərinin hərəkəti haqqında hesabatın hazırlanması, risklərin idarə olunması və s. məsələlər haqqında ətraflı məlumat verib.

Yekunda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və inkişaf mərkəzi 2011-2014-cü illər üzrə strateji planına uyğun olaraq, "Bilik mübadiləsi" layihəsi çərçivəsində müxtəlif hədəf qrupları üçün bir sıra tədbirlər həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə