Əli Məsimli: "Rusiyadakı miqrantlar olmasa ölkə iqtisadiyyatı çökər" Münasibət

Əli Məsimli: "Rusiyadakı miqrantlar olmasa ölkə iqtisadiyyatı çökər" Münasibət

"Düşünmürəm ki, Rusiyada yaşayan azərbaycanlılar kütləvi sürətdə ölkəmizə geri qayıdacaq. Çünki orada tək azərbaycanlılar yox, eləcə də keçmiş SSRİ-də olan yeni mustəqil dövlətlərin nümayəndələri də yaşayır. Həmin dövlətlərdən olan milyonlarla insan olmasa, Rusiya iqtisadiyyatı çökər. Rusiya iqtisadiyyatının bir çox sahələrində çalışanlar ruslar deyil. Rusların bacarıqları yoxdur. Buna səbəb isə Rusiyada gecə saat 12-dən sonra ayıq adamın tapılmamasıdır. Bu nöqteyi-nəzərdən də miqrantların ölkədən çıxarılması həmin ölkə üçün mənfi təsir göstərəcək". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli Rusiyada yaşayan miqrantların geri qayıtması və bunun Azərbaycan iqtisadiyyatı üçün nə kimi təsirləri olacağına aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda prezident seçkilərindən əvvəl də Rusiyanın ölkəmizə qarşı bu cür sərt reaksiyaları müşahidə olunurdu: "Sadəcə seçki zamanı proses bir az da olsa səngimişdi. Lakin sonradan proses yenidən davam etdi. Son günlər Moskvada baş verən hadisələr də bunun bariz nümunəsidir. Rusiya Azərbaycana qarşı təzyiq kimi müxtəlif üsullardan istifadə edir. Həmin üsulların içərisində Dağlıq Qarabağ məsələsi, Rusiyada yaşayan azərbaycanlıların sıxışdırılması kimi məsələlər yer alır. Təbii ki, burada müəyyən maraqların bir-birilə uzlaşmasına görə dövlətin bəzi strukturları Azərbaycanla münasibətlərin pozulmasını istəmir. Lakin görünür bəzi qüvvələr buna olduqca maraqlıdır. Bununla yanaşı, Rusiyanın ölkəmizə qarşı olan təzyiqinə cinayət hadisələri də qarışıb. Hazırda hadisələr çox kritik məcrada cərəyan edir. Bütün baş verənlərə rəğmən bunun Azərbaycan üçün heç bir mənfi təsiri olmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə