“Qara şəhərin yerində Ağ şəhər tikiləcək”

“Qara şəhərin yerində Ağ şəhər tikiləcək”

"Qara şəhərin yerində Ağ şəhər tikiləcək". SİA-nın məlumatına görə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev jurnalistlərə açıqlama verərkən deyib. O bildirib ki, bununla bağlı plan hazırlanıb.

Ələt qəsəbəsində həyata keçiriləcək dəyişiklər barədə məlumat verən C. Qocayev bildirib ki, sənaye zonalarının Qaradağ rayonunda yerləşən Ələt qəsəbəsinə köçürülməsi burada yeni bir lagistik mərkəzin yaranmasına gətirib çıxaracaq: "Ələt paytaxtdan ayrılacaq və ayrıca inzibati vahid kimi formalaşacaq. Ələt qəsəbəsini paytaxtın mərkəzindən onun tərkib hissəsi kimi idarə etmək düzgün deyil. Bu həmçinin Abşeronun ekoloji yükünün azaldılmasına təsir göstərə biləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə