İKT sektorunda 161 yeni iş yeri açılıb

İKT sektorunda 161 yeni iş yeri açılıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) üzrə ötən doqquz ayda 161 yeni iş yeri açılıb. Nazirlikdən bildiriblər ki, ölkənin informasiya texnologiyaları və rabitə sektorunda orta aylıq əməkhaqqı ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 7,8 faiz artırılaraq 669,6 manata çatdırılıb.

Telekommunikasiya sektorunda orta aylıq əməkhaqqı 771,8 manat, poçt sektorunda isə 218 manat təşkil edib.

RİTN-in birlik və müəssisələrində çalışan işçilərin orta aylıq əmək haqqı 348, 4 manat olub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə