Dünya Bankının rəhbəri Cim En Kim ABŞ siyasətçilərinə xəbərarlıq edib. SİA-nın Reuters-ə istinadən verdiyi məlumata görə, buna səbəb defolt təhlükəsi ilə bağlıdır. Bildirilib ki, fəlakət qlobal əhəmiyyət daşıyacaq. Cim En Kim deyib: "Hazırda bizi çox təhlükəli məqamdan 5 gün ayırır. Mən Amerika siyasətçilərini tezliklə ortaq məxrəcə gəlməyə çağırıram".
Qeyd edək ki, hazırda respublikaçılar və demokratlar ABŞ-ın büdcəsi və dövlət borcunun yuxarı həddi (limit) üzrə razılığa gələ bilmirlər. Belə vəziyyət davam etsə, ABŞ-ı defolt təhlükəsi gözləyir.
Xatırladaq ki, yeni büdcə oktyabrın 1-dək qəbul olunmalı idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB