Sentyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 327 min 83 ton Azərbaycan nefti nəql olunub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, cari ilin yanvar- sentyabr aylarında bu kəmərlə 22 milyon 547 min 88 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2013-cü il oktyabr ayının 1-ə qədər BTC-yə 227 milyon 998 min 902 ton neft vurulub.
Bundan başqa, cari ilin sentyabr ayında BTC kəməri ilə 200 min 688 ton Türkmənistan nefti nəql olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB